Dünya hərb muzeylərində nələr var?  - Mumiyalanmış baş, deşik-deşik olunmuş dəbilqələr, daha nələr, nələr...
14 aprel 2021 15:40 (UTC +04:00)

Dünya hərb muzeylərində nələr var? - Mumiyalanmış baş, deşik-deşik olunmuş dəbilqələr, daha nələr, nələr...

Bakıda dünyanın ən unikal muzeyi sayıla biləcək Hərbi Qənimətlər Parkının artıq ziyarətçilərini qəbul etməyə hazırdır. Bu Parkda 44 günlük Zəfər müharibəsində Ermənistan ordusundan qənimət kimi götürülmüş hərbi texnika, müxtəlif əşyalar nümayiş etdirilir.

Əslində, bu tip muzey və parklara dünyanın müxtəlif ölkələrində rast gəlmək olar. Bu məkanlarda qarşı tərəfdən qənimət götürülmüş texnika və şəxsi əşyalar ziyarətçilər üçün açıqdır. Lent.az mövzuyla bağlı fotoları təqdim edir.

ABŞ-da şəxsi kolleksiyaçılarda illərdir alman faşistlərindən qənimət götürülmüş dəbilqələr, uniformalar, nəinki ziyarətçilərin baxması üçündü, hətta onlar satışa belə qoyulub.

Paris Ordu Muzeyi dünyanın ən qədimlərindəndi. Burda orta əsrlərdən tutmuş Napoleon dövrünə, ondan sonrakı tarixdə fransız ordusunun ələ keçirdiyi qənimətlər nümayiş etdirilir. Onlardan biri də Prussiya əsgərlərindən götürülmüş zirehli geyimlərdir.

Bu avtomobil isə Britaniya İmperial muzeyində İraqdan gətirilib nümayiş etdirilir. Məlumata görə, Britaniyanın bu ölkədəki hərbi kontingenti tərəfindən vurulub.

Rusiyanın Moskva vilayətində açıq səma altında yerləşən “Qələbə muzeyi”ndə 1941-ci ildə Moskvaya hücumda məhv edilmiş alman tankı.

Səyyar “Suriya uğuru” sərgisində “şəhidmobil” adlanan avtomobil də tamaşaçılara göstərilir.

Çinlə Xalxin-qol ətrafında döyüşlərdə qənimət götürülmüş toplar illərdir açıq havada nümayiş etdirilir.

Avstriyanın paytaxtı Vyanada yerləşən “Heeresgeschichtliches Museum”də nümayiş etdirilən düşmən zabitinin geyimi.

Koreya Respublikasının Xatirə muzeyində saxlanılan düşmən tərəfinin mundiri.

Vyana Muzeyində nümayiş etdirilən və Braziliyadan hərbi qənimət kimi gətirilmiş və mumiya edilmiş hindu başı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4101
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar