Dözülməz istilərlə bağlı  XƏBƏRDARLIQ
02 noyabr 2021 11:37 (UTC +04:00)

Dözülməz istilərlə bağlı XƏBƏRDARLIQ


Alimlər 2021-ci ilin yayında Ölüm Vadisində temperaturun 54,4 dərəcə selsiyə çatdığını xatırladıblar.
 
Lent.az xaricimediaya istinadla bildirir ki, bu, Yer kürəsində müasir cihazların qeydə aldığı yüksək göstəricidir.
 
Alimlər qlobal istiləşmənin tezliklə Yer kürəsində həyatı dözülməz hala gətirəcəyi barədə xəbərdarlıq ediblər.

Mütəxəssislərin fikrincə, ABŞ-dakı Ölüm Vadisindən tutmuş Yaxın Şərqə və Hindistandan Sahara səhrasına qədər insanlar iqlim dəyişikliyi səbəbindən artıq həddindən artıq narahat temperaturlar hiss edir və heç bir tədbir görülməsə, planetin digər bölgələrində vəziyyət daha da pisləşəcək və dözülməz istilik olacaq.
 
İqlim üzrə ekspert Zika Hausfazerin sözlərinə görə, istiləşmə ekstremal hadisələrin daha tez-tez baş verməsinə səbəb olacaq.
 
Belə ki, Kaliforniyanın Ölüm Vadisində 2021-ci ilin yayında temperatur 54,4 dərəcəyə çatıb. Bu, Yer kürəsində müasir alətlər tərəfindən qeydə alınan ən yüksək göstəricidir.
 
ABŞ-ın Milli okean və atmosfer administrasiyası (NOAA) bu ilin iyul ayında tarixin ən isti olduğunu bildirib.
 
Alimlər hesab edirlər ki, temperaturun yüksəlməsi güclü quraqlıqlara, meşə yanğınlarına, tufanlara və daşqınlara səbəb olacaq. İstilik dalğalarının artması kənd təsərrüfatına ziyan vurur və insanlar üçün potensial ölümcüldür.
 
“Sel bir neçə, bəlkə də onlarla insan tələfatına səbəb olur. Hər dəfə istilik dalğası Yerə yaxınlaşanda minlərlə insanın ölümündən danışırıq. Bu kimi fəlakətlər çoxalır”, - Pyer-Simon Laplasa İnstitutunun direktoru Rober Botar qeyd edib.
 
Ekspertlər əlavə ediblər ki, temperaturun iki dərəcə yüksəlməsinə görə hər beş ildən bir dünya əhalisinin yarısı belə hadisələrdən əziyyət çəkəcək.
 
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2574
avatar

Oxşar yazılar