DİQQƏT!   Sabah bu yollar bağlı olacaq
25 iyun 2022 13:13 (UTC +04:00)

DİQQƏT! Sabah bu yollar bağlı olacaq

26 iyun Silahlı Qüvvələr günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin yürüşü və nümunəvi çıxışları olacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, hərbi orkestrlər iyunun 26-ı saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə hərəkət edəcəklər:

- Heydər Əliyev sarayı-Bülbül prospekti-Nizami kinoteatrı-Neftçilər prospekti-Azadlıq meydanı- AMAY ticarət mərkəzi;

- Şəhidlər Xiyabanı-Alov qüllələri-İçərişəhər metrosu-Qala qapısı-Kukla teatrı-Azneft meydanı-Bəhram Gur heykəli;

- Hüseyn Cavid parkı-Hüseyn Cavid prospekti;

- Parlament prospekti-Şəhidlər Xiyabanı;

- Zabitlər parkı-Milli sirk-Heydər Əliyev sarayı-Səməd Vurğun küçəsi-Neftçilər prospekti;

- Nərimanov heykəli-Mərkəzi park-Milki Dram tratrı-Qış parkı-Heydər Əliyev sarayı-Milli bank.

Həmin gün saat 19:00-dan 211:00-dək müəyyən yerlərdə orkestrlərin nümunəvi çıxışları olacaq:

- Heydər Əliyev parkı( sarayın qarşısı);

- Azneft dairəsindəki bayraq meydanı;

- Muzey mərkəzi, Zabitlər parkı, Koroğlu parkı və Fəvvarələr meydanı.

Bakı şəhər yol polisi sürücülərdən xahiş edir ki, göstərilən küçə və prospektlər üzrə şəxsi avtomobillərdən istifadəni məhdudlaşdırsınlar.

# 2133
avatar

Mehman Nəbiyev

Oxşar yazılar