Dərmanların  YENİ QİYMƏTLƏRİ
14 yanvar 2022 14:12 (UTC +04:00)

Dərmanların YENİ QİYMƏTLƏRİ

Tarif (qiymət) Şurasının yanvarın 13-də keçirilən növbəti iclasında yeni dövlət qeydiyyatına alınan 168 dərman vasitəsinin qiyməti də təsdiq edilib.

Lent.az-ın Tarif Şurasına istinadən verdiyi məlumata görə, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq olunan 13032 dərman vasitəsinin tam siyahısı Tarif Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlarla Tarif Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

# 4926
avatar

Oxşar yazılar