Qusarda müəllim koronavirusdan dünyasını dəyişib.
Lent.az-a verilən məlumata görə Bəhruz Ağaverdiyev adına 1 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Zemfira Salmanova bir neçə gün əvvəl koronavirusa yoluxub.
Halı pisləşən müəllim Quba regional COVID xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.