Bunu eşitsə məni  güllələyəcək   - İlon Maskın atasından sərt AÇIQLAMA
17 fevral 2025 11:44 (UTC +04:00)

Bunu eşitsə məni güllələyəcək - İlon Maskın atasından sərt AÇIQLAMA

Errol Mask milyarder oğlunun pis ata olduğunu düşünür

Dünyanın ən varlı adamı İlon Maskın atası Errol Mask bu yaxınlarda “Wide Awake Podcast”da müsahibə verib və böyük əs-küyə səbəb olacaq açıqlamalarş edib. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, müsahibənin bir hissəsində podcast aparıcısı Coşua Rubin, Errolun oğlunun yaxşı ata olduğunu düşünüb-düşünmədiyini soruşub.

Təfərrüatlar

Errol cavab verib ki, İlon yaxşı ata deyil. Daha sonra milyarderin ilk övladının dayə himayəsində dünyasını dəyişdiyini qeyd edərək, dərindən narahat edən açıqlama verib. Sonra əlavə edib: "İlon bunu eşitsə, məni güllələyəcək və ya başqa bir şey edəcək".

Qeyd edək ki, İlon və onun birinci həyat yoldaşı Castin Uilsonun ilk övladı 2002-ci ildə 10 həftəlik olarkən ani körpə ölümü sindromundan dünyasını dəyişib. O, uşağın dayə himayəsində olduğunu heç vaxt qeyd etməyib.

Tənqidlərinə davam edən Errol, İlonun sərvətinin uşaqlarını böyütməkdə yaşadığı problemlərdə rol oynadığını irəli sürüb və deyib:

“Bu pis idi. Çox varlı idilər, dayələri çox idi. Sonra hər birinin öz dayəsi olan beş uşağı var idi... Qəribə vəziyyət idi. Onlarla kifayət qədər vaxt keçirmədi”.

Sosial şəbəkələrdə bəzi istifadəçilər İlonun müdafiəsinə qalxaraq oğlunu açıq şəkildə tənqid edən Errolun özünün model ata olmadığını qeyd ediblər. Təbii ki, şərhlərdə Errolun atalıq “nailiyyətini” və keçmiş ögey qızı ilə uşaqlarının olmasını qeyd etməyi də unutmayıblar.

İlon özü əvvəllər Errolu dəhşətli ata adlandırırıb. Errol özü sərt ata olduğunu qeyd edib. İlonun anası Mey Mask isə Errolun onu döydüyünü bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1814

Oxşar yazılar

Azərbaycanda bir neçə nəfər itkin düşüb,  polis axtarır

Azərbaycanda bir neçə nəfər itkin düşüb, polis axtarır

22 mart 2025 , 18:07
Hazırda bu rayonlara qar yağır  - FAKTİKİ HAVA - YENİLƏNİB

Hazırda bu rayonlara qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB

22 mart 2025 , 18:05
Tanınmış jurnalistə AĞIR İTKİ

Tanınmış jurnalistə AĞIR İTKİ

22 mart 2025 , 12:52
Qar uçqununda ölən əsgər dəfn edildi  - YENİLƏNİB

Qar uçqununda ölən əsgər dəfn edildi - YENİLƏNİB

22 mart 2025 , 12:45
Qar, yağış, dolu  - Sabahın HAVASI

Qar, yağış, dolu - Sabahın HAVASI

22 mart 2025 , 12:30
Qar uçqununda həlak olan əsgər dəfn olundu

Qar uçqununda həlak olan əsgər dəfn olundu

22 mart 2025 , 12:19
Jurnalistin oğlu gənc yaşında vəfat etdi

Jurnalistin oğlu gənc yaşında vəfat etdi

22 mart 2025 , 10:04
Xırdalanda su təchizatı dayandırldı - XƏBƏRDARLIQ

Xırdalanda su təchizatı dayandırldı - XƏBƏRDARLIQ

21 mart 2025 , 22:30