“Azəriqaz” İB-nin direktoru Ruslan Əliyev Tarif Şurasının qazın qiymətindəki dəyişikliklə bağlı qərarını şərh edib.
Lent.az-ın məlumatına görə, R.Əliyev bildirib ki, vətəndaşlar iyul ayının 10-dək köhnə tarifdən istifadə edəcəklər:
"Sayğacların oxunuşu, əvvəldən ödənişli sayğaclarda olan proqram təminatı həyata keçirilənədək köhnə tarifdən istifadə olunacaq".
Direktor əlavə edib ki, 1 milyon 300 minə yaxın abonent yenə də qazdan limitlə (10 qəpik) istifadə edə biləcək.