Bu rayonlarda SU QITLIĞI:  Səbəb nədir? - RƏSMİ AÇIQLAMA
14 mart 2023 10:50 (UTC +04:00)

Bu rayonlarda SU QITLIĞI: Səbəb nədir? - RƏSMİ AÇIQLAMA

Kür çayının mənsəbində olan rayonların susuz qalma səbəbi açıqlanıb.

Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov Lent.az-a bildirib ki, son günlər Mingəçevir su anbarına saniyədə orta hesabla 240 m3 (500-600 m3 gözlənildiyi halda) su daxil olur və su anbarından Kür çayına 120 m3, eyni zamanda Yuxarı Qarabağ kanalına 70 m3 və Yuxarı Şirvan kanalına 41 m3 suyun buraxılması təmin olunur.

Onun sözlərinə görə, Mingəçevir su anbarından aşağıda Kür çayı boyunca 12 rayonun ərazisində 252 ədəd nasos stansiyaları vasitəsilə 248 min hektar, Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarının xidməti ərazilərində 250 min hektar, ümumilikdə 500 min hektara yaxın əkin sahələrinin suvarılması ilə yanaşı, əhalinin kommunal-məişət ehtiyaclarının, içməli su məqsədilə modul tipli su təmizləyici qurğulara və mal-qaraya suyun verilməsi təmin edilir:

"Mingəçevir su anbarı bir mövsümlük deyil, çoxillik nizamlanan su anbarı olduğundan su anbarına yığılan və ondan verilən sular bir neçə ili əhatə edən dövr ərzində nizamlanmalıdır. Suyun bölüşdürülməsi aidiyyəti qurumlar tərəfindən koordinasiyalı şəkildə idarə edilir. Su anbarına daxil olan suyun nizamsız olaraq çayın aşağı axınına və magistral kanallara verilməsi yay aylarında kənd təsərrüfatı bitkilərinin intensiv suvarılması dövründə çox ciddi çətinliklər yarada bilər. Hazırda çayın mənsəbində yerləşən rayonlara suyun verilməsində qısa müddət ərzində yaranmış çətinliklər aradan qaldırılır".

# 3258
avatar

Oxşar yazılar

Sabah hava belə olacaq

Sabah hava belə olacaq

28 may 2023 , 13:58
AMEA-da institutun strukturu dəyişdi Direktor işdən çıxdı

AMEA-da institutun strukturu dəyişdi Direktor işdən çıxdı

28 may 2023 , 13:19
Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

28 may 2023 , 09:45
Yağışlı havalar nə vaxtadək davam edəcək?

Yağışlı havalar nə vaxtadək davam edəcək?

27 may 2023 , 17:39
Bəzi rayonlara leysan yağışları yağıb -  FAKTİKİ HAVA

Bəzi rayonlara leysan yağışları yağıb - FAKTİKİ HAVA

27 may 2023 , 17:31
“Xalq Bankın” “Xalq Əmanəti” layihəsi davam edir - VİDEO

“Xalq Bankın” “Xalq Əmanəti” layihəsi davam edir - VİDEO

27 may 2023 , 14:26
Ən qidalı qatıqlar  bunlardır - ARAŞDIRMA

Ən qidalı qatıqlar bunlardır - ARAŞDIRMA

27 may 2023 , 13:49
Sabah 35 dərəcə  isti olacaq

Sabah 35 dərəcə isti olacaq

27 may 2023 , 12:37