Bu il Azərbaycanda doğulan əkiz və üçəmlərin  SAYI
14 aprel 2021 15:09 (UTC +04:00)

Bu il Azərbaycanda doğulan əkiz və üçəmlərin SAYI

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində bu ilin ilk iki ayı ərzində 20 984 doğulan körpə qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsindən Lent.az-a məlumat verilib.

Qeyd olunub ki, əhalinin hər 1 000 nəfərinə bu göstərici 13 təşkil edib. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 510-u əkiz, 9-u isə üçəm doğulanlardır.

Bu ilin yanvar-fevral aylarında ölkədə 13 338 ölüm halı qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə ölüm səviyyəsi 8,2 təşkil edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1863
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar