“Best Model of Azerbaijan 2022” müsabiqəsi BAŞLAYIR
29 iyun 2022 14:37 (UTC +04:00)

“Best Model of Azerbaijan 2022” müsabiqəsi BAŞLAYIR

 “Best Model of Azerbaijan 2022” nin Milli Direktoru Elxan Paşayevin təşkilatçılığı ilə Hypnoze Baku-da müsabiqənin başlanması münasibəti ilə mətbuat konfransı keçirilib. 

Lent.az xəbər verir ki, konfransda “Best Model of the World 2021”də Azərbaycana qələbəni gətirən Aydan Yeşildağ, rəssam-modelyer, əməkdar incəsənət xadimi,Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, "Fakhriya Khalafova" moda evinin təsisçisi Fəxriyyə Xələfova, modelyer və dizayner Yeganə Sadıxova və tanınmış bir çox televiziya və media nümayəndələrinin iştirak edib. 


Konfransın əsas məqsədi mötəbər müsabiqənin yenidən doğma vətənimizə qayıtmağı və ev sahibliyi etməsidir. 

Mətbuat konfransı da müsabiqənin başlanması, bu il keçiriləcək tədbirlərin qısa xülasəsi və gözlənilən təşkilatçılıq ilə bağlı ətraflı məlumat verilib. 

Müsabiqənin təşkilatçısı və milli direktoru Elxan Paşayevin sözlərinə görə, müsabiqənin finalı oktyabr ayının ortalarında “Baku Crystall Hall”da keçiriləcək.

Belə ki, müsabiqə üzrə iştirak etmək istəyən model xanım və bəylər üzrə iyul ayının 10-da keçiriləcək seçim turu və iştirakçılar üçün lazımlı tələblər açıqlanıb.

 Model olub məhşurlaşmaq və ölkənin ən nüfuzlu müsabiqəsində iştirak etmək istəyən xanım və bəy modellərimizi seçim turuna dəvət edilir:

Kastinq tam ödənişsizdir. 

Tələblər:
-Yaş 16-30
-Boy xanımlar 1.65-dən bəylər 1.80-dən başlayaraq
-Şəxsiyyət vəsiqəsi
-Səlist danışıq qabiliyyəti.

Qeyd edək ki, seçimlərə qatılmaq istəyənlər müsabiqənin sosial şəbəkə heasabına və yaxud da (+994 55 408 46 80) mobil nömrəsinə müraciət edərək qatıla bilərlər.


Konfransın sonunda tort kəsilib və media nümayəndələrinin müsabiqə ilə bağlı əlavə sualları cavablandırılıb. 


 

# 4413
avatar

Oxşar yazılar