Baş direktor Lənkəran və Astarada qazlaşdırılma işləri ilə tanış olub - VİDEO
29 sentyabr 2022 19:59 (UTC +04:00)

Baş direktor Lənkəran və Astarada qazlaşdırılma işləri ilə tanış olub - VİDEO

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Lənkəran rayonunun Digah kəndinin genişlənən hissəsində paylayıcı (küçə) xətlərin çəkilişi işləri ilə tanış olmaq üçün sözügedən kəndə səfər edib.

Lent.az-a "Azəriqaz"dan verilən məlumata görə, baş direktor işin gedişatı ilə maraqlanaraq ərazidə çalışan Birlik əməkdaşları ilə görüşüb. Birlik rəhbərinə bildirilib ki, ərazinin qazlaşdırılması üçün müxtəlif diametrli 7725 metr uzunluğunda polad borudan istifadə olunacaq ki, artıq 4280 metr uzunluğunda xəttin çəkilişi yekunlaşıb. Daha sonra Ruslan Əliyev bir qrup Birlik əməkdaşını SOCAR “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb.

Baş direktor Astara rayonunun Səlivə kəndində də görülən işlərlə yaxından maraqlanıb. Kəndin küçə qaz xətlərinin çəkilişi üçün lazım olacaq 15 909 metr xəttin 8549 metr hissəsində işlərin yekunlaşdığı vurğulanıb.

Baş direktor Birlik əməkdaşlarının problemləri ilə də yaxından maraqlanıb. Onlar tərəfindən ünvanlanan bir sıra müraciətlərin icrası ilə bağlı yerindəcə tapşırıq verilib. Bu ünvanda da bir qrup Birlik əməkdaşı SOCAR “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.
 

Baş direktor Lənkəran və Astarada qazlaşdırılma işləri ilə tanış olub

# 1173
avatar

Oxşar yazılar

Sahibkarlarla növbəti görüş Zaqatala rayonunda keçiriləcək

Sahibkarlarla növbəti görüş Zaqatala rayonunda keçiriləcək

4 dekabr 2022 , 17:10
Azərbaycanda son sutkada koronavirusa YOLUXMA

Azərbaycanda son sutkada koronavirusa YOLUXMA

4 dekabr 2022 , 16:42
Sabah hava belə olacaq - PROQNOZ

Sabah hava belə olacaq - PROQNOZ

4 dekabr 2022 , 12:37
Baş Dövlət Yol Polisi İdarəsi

Sürücülərə XƏBƏRDARLIQ

4 dekabr 2022 , 11:40
Bu rayonlara qar yağdı-FOTO

Bu rayonlara qar yağdı-FOTO

4 dekabr 2022 , 10:45
Nazirlik Xocalıda:  araşdırmalar BAŞLAYIR - VİDEO  - YENİLƏNİB

Nazirlik Xocalıda: araşdırmalar BAŞLAYIR - VİDEO - YENİLƏNİB

3 dekabr 2022 , 19:18
“Azəriqaz” abonentləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır - VİDEO

“Azəriqaz” abonentləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır - VİDEO

3 dekabr 2022 , 16:25
Beyləqanda 4 nəfəri öldürəni neçə il CƏZA GÖZLƏYİR?

Beyləqanda 4 nəfəri öldürəni neçə il CƏZA GÖZLƏYİR?

3 dekabr 2022 , 15:16