Bakıya  yağış,   rayonlara  qar yağacaq,   yollar buz bağlayacaq  - Sabahın HAVASI
18 fevral 2025 12:36 (UTC +04:00)

Bakıya yağış, rayonlara qar yağacaq, yollar buz bağlayacaq - Sabahın HAVASI

Fevralın 19-da gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya

Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda
və Abşeron yarımadasında
hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşama doğru isə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 2-5° isti, gündüz 5-7° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli, axşamdan isə bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-4° isti olacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3496

Oxşar yazılar