Bakıdakı yardım kampaniyasında gözyaşardan anlar - REPORTAJ
08 fevral 2023 12:15 (UTC +04:00)

Bakıdakı yardım kampaniyasında gözyaşardan anlar - REPORTAJ

Ötən gün axşamdan etibarən Türkiyədə baş verən zəlzələdə zərərçəkənlərə kömək məqsədilə paytaxtın bir neçə ərazisində yardım kampaniyası başlayıb. 

İnsanlar kampaniyanın toplanıldığı ərazilərə zəruri əşyalar gətirirlər. Qısa müddət keçməsinə baxmayaraq, insanlar gecə-gündüz bilmədən çağırış ünvanına axın edir. Təbii fəlakətdə zərərçəkənlərə isti yorğan-döşək, uşaq paltarları, şalvar, corab, əlcək, çadır, generator və sair ehtiyac malları gətirməyə, pul şəklində ianələr verməyə davam edirlər.

Yardım üçün təyin edilən məkanlardan biri də Bakının Babək prospektidir. El dilində desək, “Babəkin kruqu, körpünün altı”...

Lent.az-ın əməkdaşları həmin əraziyə yollanıb. Bu mənzərəni izləyəndə hiss edirsən ki, xalqım sanki dünəndən zəlzələni öz içində yaşayır. 

Qarşılaşdığım mənzərə insanlığın hələ də ölmədiyini, canı candan ayrı tutulmadığını bir daha sübut etdi. 

Necə deyərlər, isti evində yatıb, isti paltar geyinməkdən utanar oldu insanlarımız...

Çağırış məntəqəsinə yük maşınının yola çıxacağından qorxaraq qaça-qaça gələn də var, küləyin adamı kəsdiyi vaxtda qutuları bağlayıb, fiziki dəstək göstərən də... Uşaq arabası gətirən də var, yardımları çeşitləyən də...

Bir sözlə, əllərindən gələn ən xırda yardımı da əsirgəməyir xalqımız.

Həmin görüntüləri əlavə şərh vermədən təqdim edirik:

# 4152
avatar

Fidan İlqar

Oxşar yazılar