bakıda bio-smart dayanacaq
29 iyun 2021 17:24 (UTC +04:00)

bakıda bio-smart dayanacaq

Bakıdakı bio-smart dayanacağın qiyməti nə qədərdir? - RƏSMİ CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bugünki mövzu bio-smart dayanacaqlarının qiyməti ilə bağlıdır.

Sosial şəbəkələrdə Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən qurulan bio-smart dayanacaqların baha qiymətə başa gəlməsi ilə bağlı məlumatlar yayılıb. Bəs görəsən geniş müzakirələrə səbəb olan bu dayanacaqların real qiyməti nə qədərdir?

Rubrikamızın sualına BNA mətbuat katibi Mais Ağayev cavab verib.

O bildirib ki, vətəndaşların rahatlığını təmin etmək məqsədi ilə ictimai nəqliyyat infrastrukturunun yenilənməsi davamlı olaraq aparılır:

“Göstərilən xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblər səviyyəsində qurulması üçün informasiya texnologiyalarının imkanlarından da istifadə olunur. 

Bio-smart avtobus dayanacaq pavilyonunun quraşdırılması da bu çərçivədə  reallaşıb. Tamamilə yerli istehsal olan bio-smart avtobus dayanacaq pavilyonu günəş enerjisi ilə çalışır. Dezinfeksiya duşu, mobil qurğular üçün enerji portları və monitor quraşdırılıb. 

Bio-smart dayanacaq pavilyonun satın alınması və quraşdırılması “Dövlət satınalmaları haqqında” AR Qanununun tələblərinə uyğun olaraq həyata keçirilib. Qanunvericiliyin tələbinə əsasən kotirovka sorğusu verilib. Müsabiqə  zamanı,  dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydalarını əsas götürülüb və satın alınacaq mal və iş üzrə daxil olan təкliflər tender коmissiyаsı üzvləri tərəfindən аrаşdırılıb.

Təqdim оlunаn təкliflər аrаsındа dаhа sərfəli, iqtisаdi bаxımdаn dаhа səmərəli “RD SMART” MMC-nin təкlifi оlduğundаn, “Bio-smart avtobus dayanacaq pavilyonunun satın alınması və quraşdırılması” “RD SMART” MMC-dən ƏDV də  daxil 25000.66 manat məqsədəuyğun hеsаb olunub”.

Qeyd edək ki, bio-smart dayanacağı Bakıda hələlik bir ünvanda, Heydər Əliyev Mərkəzinin qarşısında quraşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3483
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Sabah Bakıya yağış yağacaq  - HAVA PROQNOZU

Sabah Bakıya yağış yağacaq - HAVA PROQNOZU

2 iyul 2024 , 12:37
Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA

Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA

2 iyul 2024 , 10:55
Qadınlara hansı işlərdə çalışmaq qadağandır? - CAVAB

Qadınlara hansı işlərdə çalışmaq qadağandır? - CAVAB

2 iyul 2024 , 10:29
İyulun əvvəlində hansı bürclər şanslı olacaq?

İyulun əvvəlində hansı bürclər şanslı olacaq?

2 iyul 2024 , 09:09
İnsanlar niyə xəyanət edir? - Psixoloqdan maraqlı açıqlama

İnsanlar niyə xəyanət edir? - Psixoloqdan maraqlı açıqlama

1 iyul 2024 , 22:24
Yayın ortasında qar sürprizi

Yayın ortasında qar sürprizi

1 iyul 2024 , 21:46
Emin Əmrullayev onu işdən çıxardı

Emin Əmrullayev onu işdən çıxardı

1 iyul 2024 , 17:36
"Nar"ın İctimaiyyətlə Əlaqələr departamentinə direktor təyin olundu

"Nar"ın İctimaiyyətlə Əlaqələr departamentinə direktor təyin olundu

1 iyul 2024 , 17:11