Bakıda sulu qar yağacaq - PROQNOZ
23 mart 2022 13:02 (UTC +04:00)

Bakıda sulu qar yağacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında martın 24-dən 25-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntının intensiv olacağı, sulu qara keçəcəyi ehtimal olunur.

Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. 

Onun sözlərinə görə, şimal-qərb küləyi  martın 25-dən 26-dək arabir 15-20 m/s-dək güclənəcək.

“Azərbaycanın rayonlarında martın 26-dək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı,  Lənkəran-Astara bölgəsinin  bəzi  çaylarından  isə qısamüddətli daşqın və sel  keçəcəyi gözlənilir”.

Xidmət rəisi dağlıq rayonlarda  yolların buz bağlama ehtimalı olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5292
avatar

Fidan İlqar

Oxşar yazılar