Bakıda bu marşrutların yolu DƏYİŞDİRİLDİ
30 noyabr 2021 16:06 (UTC +04:00)

Bakıda bu marşrutların yolu DƏYİŞDİRİLDİ

Bakının Nərimanov rayonu, Ağa Nemətulla küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq, 2, 4, 5, 17, 24, 26, 38, 67, 202 və M8 nömrəli marşrutların hərəkət sxemlərində müvəqqəti dəyişiklik edilib. 

Dəyişikliyə əsasən, sözügedən marşrutların hərəkət sxemi müvəqqəti olaraq Faiq Yusifov, Əliyar Əliyev, Əhməd Rəcəbli, Gülarə Qədirbəyova küçələri ilə təşkil ediləcək.

# 1575
avatar

Mehman Nəbiyev

Oxşar yazılar