Bakıda ananın 16 yaşlı qızını evdən qovması ilə bağlı RƏSMİ AÇIQLAMA
22 fevral 2024 12:07 (UTC +04:00)

Bakıda ananın 16 yaşlı qızını evdən qovması ilə bağlı RƏSMİ AÇIQLAMA

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Qaradağ rayonunda ananın 16 yaşlı qızını evdən qovması barədə yayılan xəbərlərlə bağlı yeni açıqlama verib.

Qurumun mətbuat katibi Teymur Mərdanoğlu Lent.az-ın sorğusuna cavab olaraq qeyd edib ki, ana qızını evdən qovmadığını deyib:

"Komitə tərəfindən Qaradağ rayonunun, Lökbatan qəsəbəsindəki 7 saylı peşə məktəb ilə əlaqə saxlanılıb. Məktəb rəhbərliyi tərəfindən uşağın anası ora dəvət olunub. Ana deyib ki, qızını evdən qovmayıb, sadəcə rəfiqəsigildə qalıb. Məktəbdə bərbər kursunda təhsil alan yeniyetmə də evdən qovulması məsələsini təkzib edib. Anasının onu evdən qovmadığını deyib”.

T.Mərdanoğlu məsələnin komitənin nəzarəti altında olduğunu vurğulayıb.

Xatırladaq ki, ötən gün “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında Lökbatan qəsəbəsindəki 7 saylı peşə məktəbində bərbər kursunda təhsil alan qızı anasının evdə qovduğunu və bu səbəbdən müxtəlif ünvanlarda gecələməli olduğu barədə paylaşım edib. Mehriban Zeynalovanın paylaşımından sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məsələni nəzarətə götürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5655
avatar

Fidan İlqar

Oxşar yazılar