Bakıda 20 avtobus və  yüzlərlə sərnişin   yollarda qalıb
07 iyul 2022 10:14 (UTC +04:00)

Bakıda 20 avtobus və yüzlərlə sərnişin yollarda qalıb

Bu gün səhər pik saatlarında bir sıra küçə və prospektlərdə nəqliyyat sıxlıqları müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, tıxacla əlaqədar bəzi müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda ləngimələr var. Vahid Dispetçer Xidmətinin məlumatına əsasən 16 müntəzəm marşrut xətti üzrə 20 avtobusun hərəkət intervalından gecikmələr yaranıb.

Belə ki, Heydər Əliyev prospekti (kənar yol) şəhər istiqamətində 1, 13, 38  və M8 saylı marşrut xətləri üzrə avtobusların hərəkətində 15-20 dəqiqə interval müşahidə olunmaqdadır. 

Moskva prospekti kənar yol və Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsindən şəhər istiqamətində isə 2, 7A, 13, 14, 18, 29, 37, 65, 67, 83, 119 və 199 saylı marşrut xətləri üzrə avtobusların hərəkətində 12-13  dəqiqə gecikmə yaranıb.

# 2004
avatar

Mehman Nəbiyev

Oxşar yazılar