Karantindən sonra ilk cümə namazı
11 iyun 2021 16:55 (UTC +04:00)

Karantindən sonra ilk cümə namazı

Bakıda 15 aylıq fasilədən sonra ilk cümə namazı - VİDEOREPORTAJ

Bu gün Azərbaycan məscidlərində karantin rejimi tətbiq olunandan bəri ilk dəfə cümə namazı qılındı.

Lent.az-ın çəkiliş komandası bununla bağlı olaraq, paytaxtın Qaraçuxur qəsəbəsindəki məsciddə olub.

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərar görə, məscidlərə 50 nəfərdən artıq şəxs buraxılmır. Ona görə də, içəri buraxılmayanlar da az deyildi.

Qaraçuxur məscidinin imamı Qurban Əliyev bildirib ki, məscidin qapısından çöldə və içəridə iki tərəfdə insanların dezinfeksiyaedici məhluldan istifadəsi üçün şərait yaradılıb. Onun sözlərinə görə, məscid ərazisində dəstəmaz almağa icazə yoxdur:

Həmsöhbətimiz onu da bildirdi ki, daim namaza gələnlərdən bir həkim koronavirus pandemiyası ilə əlaqədar könüllü olaraq, xidmət göstərir.

Kameramıza danışan paytaxt sakinləri öz məmnunluqlarını bildirdilər:

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq, 2020-ci ilin mart ayından Azərbaycanda dini ibadət yerlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdı. Bu il mayın 26-da Operativ Qərargahın qərarına əsasən, iyunun 10-dan məscidlər və digər icmalara məxsus ibadət yerlərinin fəaliyyəti müəyyən şərtlərlə yenidən bərpa edilib.

15 aylıq fasilədən sonra ilk cümə namazı - REPORTAJ

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3318
avatar

Mehman Nəbiyev

Oxşar yazılar