Bakı-Sumqayıt marşrutlarında gedişhaqqı 70 qəpik oldu
30 iyun 2024 21:48 (UTC +04:00)

Bakı-Sumqayıt marşrutlarında gedişhaqqı 70 qəpik oldu

Bakı-Sumqayıt avtobus marşrutlarında bir gediş üzrə qiymət dəyişib.

Lent.az-ın xəbərinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası bu barədə qərar verib.
Bakı-Sumqayıt (Sumqayıt-Bakı) müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 70 qəpik təsdiq edilib.
Qeyd edək ki, bundan öncə Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixli qərarı ilə Bakı-Sumqayıt (Sumqayıt-Bakı) avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik təsdiq edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1719
avatar

Oxşar yazılar