Bağça müəllimlərinin işə qəbulu ilə bağlı YENİLİK
16 fevral 2022 12:59 (UTC +04:00)

Bağça müəllimlərinin işə qəbulu ilə bağlı YENİLİK

“Müəllimlərin İşə Qəbul müsabiqəsinin test imtahanları ilə bağlı hazırda bir neçə mərhələnin keçirilməsi nəzərdə tutulmur”.

Lent.az xəbər verir ki, bu sözləri "Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklər" mövzusunda keçirilən onlayn brifinqdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Eşqi Bağırov bağçaya müəllimlərin işə qəbulu məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, bununla bağlı mexanizm hazırlanır:

“Bu barədə məlumatlar ictimaiyyətə təqdim olunacaq. Bu istiqamət üzrə işə qəbulun ən obyektiv və ədalətli formada həyata keçirilməsi nəzərdə tutulur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5886
avatar

Fidan İlqar

Oxşar yazılar