"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti qazın istifadəsinə görə "Azəriqaz" İstehsalat Birliyinə yaranan borcunu bu il dekabrın 15-dək ödəməlidir.
Lent.az xəbər verir ki, bu barədə "Azəriqaz"ın baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyasında bildirib.
Onun sözlərinə görə, borcun bir hissəsi artıq ödənilib, lakin tərəflər arasında əldə olunan razılığa görə, bu proses dekabrın 15-dək tam təmin edilməlidir:
“Dekabr ayının 15-dək borc ödənilməlidir. Borc ödənilmədiyi təqdirdə "Azəriqaz" qazın verilişini dayandırmaq məcburiyyətində olacaq”.