Azərbaycanda Ramazan münasibətilə bayram namazı qılınır.
Lent.az xəbər verir ki, bayram namazı "Əjdərbəy" məscidində, saat 08.00-da başlanıb.
Bayram münasibətilə ölkənin bütün məscidlərində bayram namazı qılınır, "Təzə Pir" məscidində isə bayram namazı saat 09:00-da qılınacaq.
Xatırladaq ki, Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb.
Aprelin 9-u (Ramazanın 18-ci günü), 11-i (Ramazanın 20-ci günü), 13-ü (Ramazanın 22-ci günü) və 17-də (Ramazanın 26-cı günü) Qədr (Əhya) gecələri olub.
Qazılar Şurasının qənaətinə görə, Ramazan bayramında adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür.
Bayramla əlaqədar 4 gün - aprelin 21, 22, 23 və 24-ü qeyri-iş günləri olacaq.