Azərbaycanın bu bölgəsində  11 dərəcə şaxta olub
05 dekabr 2022 10:08 (UTC +04:00)

Azərbaycanın bu bölgəsində 11 dərəcə şaxta olub

Dekabrın 4-də axşam saatlarından başlayaraq şimal bölgəsinə qar yağıb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, Qubanın rayon mərkəzində qarın hündürlüyü 3, Xaltan və Qrız kəndlərində 2 santimetr olub.

Xızının Altıağac qəsəbəsində 11 sm, Qusarın rayon mərkəzində isə 2 sm qar müşahidə olunub.

Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Burda havanın temperaturu mənfi 11 dərəcəyədək enib.

# 2304
avatar

Oxşar yazılar