Azərbaycanın baş notariusu işdən çıxarıldı
19 mart 2024 16:55 (UTC +04:00)

Azərbaycanın baş notariusu işdən çıxarıldı

Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəis müavini, Notariat İdarəsinin rəisi Mehman Soltanov vəzifəsindən azad edilib.

Lent.az xəbər verir ki, Mehman Soltanov müvafiq əmrlə vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.

Qeyd edək ki, 1958-ci ildə Göyçay rayonunda anadan olan Mehman Nəsir oğlu Soltanov uzun illər Ədliyyə Nazirliyində çalışıb. 1993-2003 illərdə Ədliyyə Nazirliyində dövlət notariusu kimi fəaliyyət göstərib. 2003-cü ildən etibarən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş idarəsinin rəisinin müavini və Notariat İdarəsinin rəisi vəzifəsində çalışıb.

Mehman Soltanov çalışdığı dövr ərzində müxtəlif mükafatlarla təltif olunub. 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2018-ci ildə “Ədliyyə Nazirliyinin 100 ilik yubileyi” medalı ilə təltif edilib.

Xatırladaq ki, 27 fevral 2024-cü ildən Fərid Əhmədov ədliyyə naziri təyin olunub./“Qaynarinfo”

 

# 3489
avatar

Oxşar yazılar