Azərbaycandan bu ölkəyə 213 kilo heroin keçirmək istədilər -  VİDEO
13 aprel 2021 16:01 (UTC +04:00)

Azərbaycandan bu ölkəyə 213 kilo heroin keçirmək istədilər - VİDEO

213 kiloqramdan artıq narkotik vasitə - heroin aşkar edildi.

Lent.az xəbər verir ki, gömrükçülər daha bir uğurlu əməliyyat nəticəsində 213 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısını alıblar.

Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Astara gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukrayna Respublikasına kartof yükü aparan Azərbaycan vətəndaşının idarə etdiyi "DAF" markalı "07BJ293/07ZA294" dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və gömrük yoxlaması tətbiq edilib.

Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirsə də kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verdiyindən yük boşaldılıb. Təkrar yoxlama zamanı xidməti it 577 ədəd kisədə olan "təzə kartof" yükünə yenidən reaksiya verdiyindən əsaslı yoxlama aparılıb.

Nəticədə 119 ədəd kisədə "örtücü mal" qismində istifadə olunmaq məqsədilə yığılan kartofların arasından, ümumilikdə 962 ədəd kartof formasına salınmış oval formalı bağlamalar aşkar edilib. Baxış zamanı bağlamalarda preslənmiş halda, ümumilikdə 213 kq 241 qram spesifik qoxu ilə müşayiət olunan, açıq-qəhvəyi rəngli narkotik vasitə - heroinin olduğu məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5662

Oxşar yazılar

Uşaqları  sevməyən   BÜRCLƏR

Uşaqları sevməyən BÜRCLƏR

2 aprel 2025 , 18:41
Sabahın tibbi-meteoroloji  PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

2 aprel 2025 , 16:39
 Sulu qar, yağış, dolu   - Sabahın  HAVASI

Sulu qar, yağış, dolu - Sabahın HAVASI

2 aprel 2025 , 13:10
Əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı ARAŞDIRMA

Əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı ARAŞDIRMA

2 aprel 2025 , 09:21
Azərbaycanda 5 nəfər zəhərlənmədən öldü

Azərbaycanda 5 nəfər zəhərlənmədən öldü

2 aprel 2025 , 09:14
Aprelin əvvəli 5 BÜRC üçün çox uğurlu  olacaq

Aprelin əvvəli 5 BÜRC üçün çox uğurlu olacaq

2 aprel 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

2 aprel 2025 , 08:15
Əməkdar jurnalisti Valeh Məhərrəmli  vəfat etdi

Əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat etdi

2 aprel 2025 , 00:37