Azərbaycanda tətil yerlərindəki ev qiymətləri: Günü 180 manat
04 iyun 2025 11:38 (UTC +04:00)

Azərbaycanda tətil yerlərindəki ev qiymətləri: Günü 180 manat

Yay gəlirsə, dağlıq bölgələrə istirahətə gedən insanların sayı birə-beş artır. Dincəlməyə gedənlər ya otellərə, ya da günlük kirayə evlərə üz tuturlar. Maraqlısı budur ki, evin nə ünvanı dəyişir, nə daxili, di gəl ki, qiyməti bir gecədə “çərxi-fələy”ə qalxır.

Bəs görəsən yayda dincəlmək üçün kirayə ev seçərkən nələrə diqqət etməliyik? Yay fəslində evlərin qiymətində nə qədər artım olur?

Lent.az-a mövzu ilə bağlı danışan makler, Rəşad Alıyev bildirib ki, istirahət üçün günlük 50-60 manat aralığındakı kirayə evlər daha sərfəlidir:

Tətildə dağlıq bölgələrdən ev kirayələmək istəyən şəxslər mənzilin şəraitinə və mənzərəsinə fikir verməlidirlər. Burada ən ucuz evlər 50-60 manat aralığında olur. 

Günü 180 manata olan evlər də var 

İndi hər kəs münasib qiymətli və şəraitli ev axtarır. Bu baxımdan bahalı günlük evlər istirahət üçün çox da sərf etmir. 

Aylıq 1000 manata ev var

Sezona görə evlərin aylıq kirayə qiyməti də 1000 manata qədər yüksəlir. Təəssüf ki, qışda ucuz olan evlərin qiymətini yayda sahibləri süni şəkildə yüksəldirlər”,-deyə R.Alıyev qeyd edib.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1140

Oxşar yazılar