Azərbaycanda  qışda hava   necə olacaq? - AÇIQLAMA
24 noyabr 2023 16:54 (UTC +04:00)

Azərbaycanda qışda hava necə olacaq? - AÇIQLAMA

Pronqozlara görə, 2024-cü ilin yanvar-fevral aylarında havanın orta temperaturu bir neçə dərəcə yüksək olacaq.

Lent.az-ın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.

Onun sözlərinə görə, son illərdə müşahidə edilən qlobal istiləşmə, iqlim dəyişmələri Azərbaycandan da yan keçmir.

Nazim Mahmudov xatırladıb ki, Azərbaycanda yanvar-fevral aylarında hava adətən sərt keçir:

“Qlobal istiləşmə fonunda havanın temperaturunun qış aylarında da mülayim keçdiyini müşahidə edirik. Lakin buna baxmayaraq, istisna edilmir ki, yanvar-fevral aylarında bu il də yağıntılar bol olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar yağacaq, şimal-qərb küləkləri üstünlük təşkil edəcək”.

# 20229
avatar

Oxşar yazılar