Azərbaycanda koronavirsa son yoluxma  STATİSTİKASI
08 may 2022 18:41 (UTC +04:00)

Azərbaycanda koronavirsa son yoluxma STATİSTİKASI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a  verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 630 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 862 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 59 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 493, bu günə qədər isə ümumilikdə 6 834 816 test icra olunub.

# 2337
avatar

Oxşar yazılar