Azərbaycanda karantinlə bağlı bunlar hələ də QADAĞANDIR
22 aprel 2022 14:24 (UTC +04:00)

Azərbaycanda karantinlə bağlı bunlar hələ də QADAĞANDIR

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin bugünki qərarına əsasən, daha bir qadağa ləğv olundu.

Lent.az xəbər verir ki, bununla da yerdə qalan məhdudiyyət yalnız iri ticarət mərkəzləri və restoranlara giriş üçün COVID-19 pasportunun tələb olunmasıdır. Digəri isə Azərbaycandan quru sərhədlərin açılmasıdır.

Qeyd edək ki, karantin dövründə toy və yas mərasimləri təşkil etmək, məscidlərdə ibadət, kafe və restoranlartda qəlyan xidməti qadağan edilmiş, əksər ictimai-iaşə obyektləri qapadılmışdı. Sonrakı qərarlarda isə qeyd edilən bütün məhdudiyyətlər aradan qaldırılmışdı. Bugünki qərara əsasən isə artıq ölkə ərazisində tənəffüs yollarını qoruyan maska tələbi də məcburi xarakter daşımayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5877
avatar

Mehman Nəbiyev

Oxşar yazılar