Azərbaycanda itkin düşən qızlar haradan tapılır? - CAVAB
13 yanvar 2022 15:15 (UTC +04:00)

Azərbaycanda itkin düşən qızlar haradan tapılır? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bugünki mövzusu itkin düşən qız uşaqları ilə bağlıdır.

Mediada tez-tez xüsusən, yeniyetmə qızların itkin düşməsi barədə məlumatlara rast gəlirik.

Bu hadisələrlə bağlı itkin düşən şəxsin ailəsi polis orqanına məlumat verri və axtarış işləri aparılır.

Bəs görək, evdən çıxıb bird aha geri qayıtmayan qız uşaqları ən çox haradan tapılır?

Rubrikamızın sualına Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev aydınlıq gətirib.

O bildirib ki, qız uşaqlarının itkin düşmə halı ilə bağlı xüsusi təsnifat, artım indeksi maşahidə edilmir:

“Xəbərsiz itkin düşmələrin böyük əksəriyyətində ailə üzvlərini məlumatlandırmadan yaxın qohumlarının, tanışlarının yanına getmə hallar çoxluq təşkil edir. Yaş və cins kateqoriyasından asılı olmayaraq, yaşadığı ünvandan çıxan, qayıtmayan şəxslərlə bağlı daxil olan bütün məlumatlar üzrə təxirəsalınmaz axtarış işi açılır. Xəbərsiz itkin düşmə halları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar belə yoxlanılır, heç bir iddia kənarda qalmır”.

“Xüsusən valideynlər diqqətli olmalı, “övladlarımın bütün zəruri təminatlarını həll edirəm, yaxud oxuduram...”, deyib arxayınlaşa bilməz. Çünki sosial şəbəkələr var, dövr fərqlidir – təhdid var, azyaşlı uşaqları təsir altına sala biləcək təhlükələr var. Məhz bu amil diqqətə alınmalıdır” - deyə, şöbə rəisi əlavə edib.

# 7368
avatar

Mehman Nəbiyev

Oxşar yazılar