Azərbaycanda inzibati xəta törədən əcnəbilər ölkədən çıxarıla bilərmi?
03 noyabr 2021 16:13 (UTC +04:00)

Azərbaycanda inzibati xəta törədən əcnəbilər ölkədən çıxarıla bilərmi?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu inzibati qayda pozuntusuna yol verən xarici vətəndaşlarla bağlıdır.

Məlumdur ki, ölkə ərazisində inzibati qayda pozuntusuna yol verən şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə tənbeh edilirlər. Təbii ki, bu da törədilən xətadan və pozuntuya yol verən şəxsdən asılıdır. Məcəllənin 22-ci maddəsinə əsasən, Azərbaycan vətəndaşları inzibati pozuntuya yol verdikləri təqdirdə, xəbərdarlıq, cərimə, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, ictimai işlər və inzibati həbslə tənbeh edilir.

Bəs görək, ölkə ərazisində yaşayan xarici vətəndaşlar inzibati xəta törətdikdə necə cəzalandırılır?

İnzibati qayda pozan xarici vətəndaşlara da eynilə xəbərdarlıq edilir və ya cərimələnirlər. İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsində göstərilir ki, pozuntuya yol verən xarici vətəndaşlar həmçinin Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarıla da bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2727
avatar

Mehman Nəbiyev

Oxşar yazılar