Xəbər verdiyimiz kimi, deputat Naqif Həmzəyevin “Instagram” hesabı oğurlanıb.
Lent.az xəbər verir ki, deputatın “Instagram” hesabının story bölməsində reklam paylaşılır. Hətta reklam olunan məhsula ödəniş edən şəxsin Naqif Həmzəyev olduğu göstərilir.
Məsələ ilə bağlı Naqif Həmzəyev Lent.az-a açıqlamasında bildirdi ki, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyib:
“Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməmişəm, çünki bizim ölkəmizdə "Instagram"la bağlı məsələni həll edəcək qurum yoxdur. Bununla bağlı “Instagram”ın özünə şikayət etmişik. Onu da qeyd edim ki, hesabım Türkiyə vətəndaşları tərəfindən oğurlanıb”.