Azərbaycanda bu qəsəbədə bir gündə 58 nəfər xəstəxanalıq oldu - SƏBƏB  -YENİLƏNİB
19 iyul 2022 10:32 (UTC +04:00)

Azərbaycanda bu qəsəbədə bir gündə 58 nəfər xəstəxanalıq oldu - SƏBƏB -YENİLƏNİB

TƏBİB Şəkidə məcburi köçkünlərin məskunlaşdığı qəsəbədən bir gündə xəstəxanaya müraciət edən 58 nəfərin səhhəti ilə bağlı açıqlama verib.

Lent.az  APA-ya istinadən xəbər verir ki, qurumdan bildirilib ki, ümumilikdə 58 nəfər xəstəxanaya müraciət edib ki, onlardan da 38 nəfəri uşaq olub:

“Müraciət edənlərin hər birinə ilkin təcili tibbi yardım göstərilib. Daha sonra onlar sonra ambulator müalicə üçün evə buraxılıblar”.

Qeyd edək ki, Şəkidə məcburi köçkünlərin məskunlaşdığı Yeni Çələbixan qəsəbəsində 58 nəfər sakin qusma, qızdırma və islah əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinə müraciət edib.

Müraciət edən şəxslərə mənşəyi infeksion hesab edilən qastroenterit diaqnozu qoyulub.

 

***

09:49

Şəkidə məcburi köçkünlərin məskunlaşdığı qəsəbədən bir gündə 58 nəfər xəstəxanaya müraciət edib.

Lent.az APA-ya istinadən xəbər verir ki, məcburi köçkünlərin məskunlaşdığı Yeni Çələbixan qəsəbəsində 41 nəfəri yetkinlik yaşına çatmayan olmaqla 58 nəfər sakin qusma, qızdırma və islah əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinə müraciət edib.

Müraciət edən şəxslərə mənşəyi infeksion hesab edilən qastroenterit diaqnozu qoyulub, onlara ilkin müdaxilə edilib və evə buraxılıblar.

Həmin şəxslərin xəstəxanaya müraciət etmələrinin səbəbinin içməli su olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

# 4626
avatar

Oxşar yazılar