Azərbaycanda 2 yeni nazir  təyin edildi
31 may 2024 11:34 (UTC +04:00)

Azərbaycanda 2 yeni nazir təyin edildi

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri təyin edilib. 

Lent.az xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisinin sədr müavini Anar İbrahimov qərar imzalayıb. Qərara əsasən, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Asəf oğlu Sadıxov nazir vəzifəsinə təsdiq edilib.

Bundan başqa, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı qərarla Elxan Nəcəfov Naxçıvan MR təhsil naziri təsdiq edilib.

Qeyd edək ki, E.Nəcəfov buna qədər təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edirdi./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4815
avatar

Oxşar yazılar