Azərbaycanda 14 ölümcül bıçaq yarası alan qadın həyata qaytarıldı
07 sentyabr 2022 16:01 (UTC +04:00)

Azərbaycanda 14 ölümcül bıçaq yarası alan qadın həyata qaytarıldı

Yasamal rayonu ərazisində 1997-ci il təvəllüdlü Nuridə Əhmədovanın əri tərəfindən çoxsaylı bıçaq zərbələri (azı 14) alması onun həyatına ciddi risk yaratmışdı. Hadisəyə ilk müdaxilə  “Olimp Hospital”dan gəlib. Belə ki, hospitalın yaxınlığında baş verən faciəvi hadisəni xəstəxananın həkimi Vahid İsmayılov və digər tibbi heyəti görüb və hadisə yerinə dərhal yaxınlaşaraq, qanaxmanı dayandırmaq üçün ilkin müdaxilə ediblər. 

Bu müdaxilənin ardından vaxt itirmədən qadın tibbi heyət tərəfindən əməliyyatxanaya aparılıb. Boyun, qarın boşluğu, qol və üz nahiyələrindən xəsarət alan qadında ciddi qan itkisi olmasına baxmayaraq "Olimp Hospital"ın peşəkar həkim heyəti sayəsində 7 saatlıq çətin keçən əməliyyatdan sonra həyata qaytarmaq mümkün olub.

Əməliyyat “Olimp Hospital”ın rəhbət heyəti - Samir Şükürov - Baş direktor, Səməd Səmədov - Baş həkim Əməliyyat, Vahid İsmayılov - Uroloq, İlyas Həsənov - İnvaziv radioloq, Anar Məmmədov - Ümumi cərrah, Nicat Səttarov - Travmatoloq-Ortoped, Araz Əliyev - Baş-boyun cərrahı, Mirəli Məcidov - Ürək-damar cərrahı, Ələsgər Ağayev - Anestezioloq-Reanimatoloq iştiraki ilə həyata keçirilib.

# 1797
avatar

Oxşar yazılar

Azərbaycanda COVID-ə yoluxanların  SON STATİSTİKASI

Azərbaycanda COVID-ə yoluxanların SON STATİSTİKASI

8 dekabr 2022 , 21:08
“Azercell”in dəstəyi ilə idarə olunan “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı oldu®

“Azercell”in dəstəyi ilə idarə olunan “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı oldu®

8 dekabr 2022 , 18:39
Həftə sonu üçün  HAVA PROQNOZU

Həftə sonu üçün HAVA PROQNOZU

8 dekabr 2022 , 17:56
Azərbaycanda maska cərimələri ləğv olunacaq? - CAVAB

Azərbaycanda maska cərimələri ləğv olunacaq? - CAVAB

8 dekabr 2022 , 16:02
İldırım 900-dan çox  adamı öldürdü

İldırım 900-dan çox adamı öldürdü

8 dekabr 2022 , 15:31
Sabah bu rayonlara gedənlərə XƏBƏRDARLIQ:  Yollar buz bağlayacaq

Sabah bu rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

8 dekabr 2022 , 14:11
Sabah hava  çiskinli olacaq   - PROQNOZ

Sabah hava çiskinli olacaq - PROQNOZ

8 dekabr 2022 , 12:09
3 rayon susuz qaldı - SƏBƏB

3 rayon susuz qaldı - SƏBƏB

8 dekabr 2022 , 09:56