Aprelin 19-dək ölkə ərazisində İCTİMAİ NƏQLİYYAT İŞLƏMƏYƏCƏK
17 aprel 2021 02:02 (UTC +04:00)

Aprelin 19-dək ölkə ərazisində İCTİMAİ NƏQLİYYAT İŞLƏMƏYƏCƏK

Bu gündən aprelin 19-u saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

Bununla əlaqədar 17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3096
avatar

Oxşar yazılar