AMEA-nın alimi dərman içib, özünü  ÖLDÜRDÜ - YENİLƏNİB
23 may 2022 11:54 (UTC +04:00)

AMEA-nın alimi dərman içib, özünü ÖLDÜRDÜ - YENİLƏNİB

AMEA-nın aliminin intihar etdiyi məlum olub. 

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində qeydə alınıb.

Burada yaşayan 41 yaşlı İsgəndərov E.Ə evdə müxtəlif dərman preparatları qəbul edərək həyatına son qoyub.

Onun hansı səbəbdən özünü öldürməsi hələlik bilinmir.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

***

11:30

AMEA-nın gənc alimi vəfat edib. 

Akadamiyadan Lent.az-a verilən məlumata görə,  Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi E.Ə 41 yaşında dünyasını dəyişib.

# 6456
avatar

Aytəkin Cəlali

Oxşar yazılar