Alkoqolsuz içki sexində yoxlama: saxlama müddəti ... - FOTO
09 iyun 2021 18:02 (UTC +04:00)

Alkoqolsuz içki sexində yoxlama: saxlama müddəti ... - FOTO

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Ağdaş rayonu, Xosrov kəndində fəaliyyət göstərən fiziki şəxs Orucov Yusif Haqverdi oğluna məxsus alkoqolsuz içkilərin istehsalı sexində reyd keçirib.

Qurumdan Lent.az-a verilən məlumata görə, reyd zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb. Sexdə xammalların və hazır məhsulların saxlama rejimlərinə riayət edilmədən saxlanıldığı, həmçinin çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib.

Bundan başqa, alkoqolsuz içkilərin üzərindəki etiket məlumatlarında məhsulun saxlama müddəti heç bir əsas olmadan 150 gün artırılaraq 180 gün qeyd edildiyi məlum olub. Nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2016
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar