Abşeron yarımadası və bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA
08 fevral 2025 18:20 (UTC +04:00)

Abşeron yarımadası və bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 8-i saat 18:00-a olan məlumata əsasən, Abşeron yarımadasının bəzi yerlərində, Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy, Şəki, Oğuz, Zaqatalada (Əlibəy) arabir qar yağır.

Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında arabir 30 m/s ,sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan MR-da 18 m/s, Şirvanda 15 m/s-yə çatıb.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4.6 metrə çatıb.

Qax, Şəki (Kişçay), Lerik, Daşkəsən, Göygöl, Tovuz, Ağstafa, Gəncədə duman müşahidə olunur. Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında eləcə də Naxçıvan MR-da 6 dərəcəyədək isti, dağlıq rayonlarda 3, yüksək dağlıq ərazilərdə isə 14 dərəcəyədək şaxta qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4761

Oxşar yazılar

Pensiyaçılara ŞAD XƏBƏR:  Pullar vaxtından əvvəl ödəniləcək

Pensiyaçılara ŞAD XƏBƏR: Pullar vaxtından əvvəl ödəniləcək

4 iyun 2025 , 17:57
Xanlar Vəliyev metroda - FOTO

Xanlar Vəliyev metroda - FOTO

4 iyun 2025 , 17:42
6 prokuror HAKİM OLDU

6 prokuror HAKİM OLDU

4 iyun 2025 , 17:40
Leysan, sulu qar, dolu  - Hava XƏBƏRDARLIĞI

Leysan, sulu qar, dolu - Hava XƏBƏRDARLIĞI

4 iyun 2025 , 16:58
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

4 iyun 2025 , 16:44
Bu ayın sonu da 4 gün iş olmayacaq

Bu ayın sonu da 4 gün iş olmayacaq

4 iyun 2025 , 15:01
Əsgər valideynlərinə XƏBƏRDARLIQ:  Qurban bayramında görüşə gəlməyin

Əsgər valideynlərinə XƏBƏRDARLIQ: Qurban bayramında görüşə gəlməyin

4 iyun 2025 , 14:56
Düzgün bağça seçimini necə edək? - Psixoloqdan AÇIQLAMA

Düzgün bağça seçimini necə edək? - Psixoloqdan AÇIQLAMA

4 iyun 2025 , 14:12