Sabah bu ərazilərdə leysan gözlənilir - PROQNOZ
04 noyabr 2020 13:01 (UTC +04:00)

Sabah bu ərazilərdə leysan gözlənilir - PROQNOZ

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə,  Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 19-21, Bakıda gecə 12-14, gündüz 19-21 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 18-22, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 5-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 998

Oxşar yazılar