Bu xəstəxanalar artıq koronavirus xəstələrinə xidmət etməyəcək
31 avqust 2020 11:54 (UTC +04:00)

Bu xəstəxanalar artıq koronavirus xəstələrinə xidmət etməyəcək

Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə tədbirləri davam etdirilir.

TƏBİB-dən Lent.az-a verilən məlumata görə, görülən əksepidemik tədbirlərin səmərəliliyi nəticəsində, pandemiya xəstəxanalarında olan xəstələrin sayı kifayət qədər azalıb. Bu səbəbdən, TƏBİB bəzi pandemiya xəstəxanalarının yenidən əvvəlki qaydada fəaliyyət göstərməsi ilə bağlı qərar verib.

Xüsusi rejimli xəstəxanalara ehtiyat kimi ayrılan Saatlı, Salyan, Neftçala, Qusar və Xızı Rayon Mərkəzi Xəstəxanaları, eləcə də xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərən 17 saylı Birləşmiş Şəhər Xəstəxanası və Sumqayıt şəhər Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası yenidən qeyri-COVID xəstəxanalar kimi xidmət göstərəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2367

Oxşar yazılar