Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində 95399 doğulan körpə qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, bu göstərici əhalinin hər 1000 nəfərinə 12,8 təşkil edib. Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2548-i əkiz, 84-ü üçəm, 4-ü isə dördəm doğulanlardır.