7 ay sonra nəşi tapılan şəhid kapitan DƏFN EDİLİB
07 may 2021 13:28 (UTC +04:00)

7 ay sonra nəşi tapılan şəhid kapitan DƏFN EDİLİB

7 ay sonra meyiti tapılan şəhid kapitan Əbülfəz Rəhmətov Lerikdə dəfn edilib. 

***

saat 12:58

Lerikdə şəhid kapitan Əbülfəz Rəhmətovla vida mərasimi başlayıb. 

Lent.az APA-ya istinadən xəbər verir ki, Vətən müharibəsində itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin zabiti kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun nəşi 7 aydan sonra Cəbrayıl rayonu ərazisində aşkar edilib. Bu gün şəhidin nəşi böyüyüb boya-başa çatdığı Lerik rayonunun Anbu kəndinə gətirilib. Şəhidlə vida mərasimində yaxınları, rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edir.

Qeyd edək ki, Əbülfəz Rəhmətov 1989-cu ildə anadan olub. Vətən müharibəsinin ilk günlərindən itkin düşən şəhid kapitanımızın nəşi Cəbrayıl rayonu ərazisində tapılıb. O, Qubadlı və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Ordumuzun hərbi qulluqçusunun şəhid olduğu dünən məlum olub. Ə.Rəhmətovun iki övladı var.

***

6 may saat 21:51

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb.

Bu barədə APA-ya şəhidin qardaşı məlumat verib.

Vətən müharibəsinin ilk günlərindən itkin düşən Lerik rayonu, Anbu kənd sakini 1989-cı il təvəllüdlü kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun Cəbrayıl rayonu ərazisində  nəşi tapılıb.

Şəhid sabah böyüyüb boya-başa çatdığı kənddə dəfn olunacaq.

Qeyd edək ki, kapitan Ə.Rəhmətov Qubadlı və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə iştirak edib.

Allah rəhmət eləsin!

***

21:30

Vətən müharibəsində itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin zabiti kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun nəşi 7 aydan sonra Cəbrayıl rayonu ərazisində aşkar edilib.

APA-nın məlumatına görə, şəhid Lerik rayonunun Anbu kəndindəndir.

Sabah onun nəşi Cəbrayıldan Lerik rayonuna gətiriləcək.

Qeyd edək ki, Ə.Rəhmətovun iki övladı var.

Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9989

Oxşar yazılar

APA TV  yayım dairəsini genişləndirir

APA TV yayım dairəsini genişləndirir

22 may 2025 , 20:24
Süni intellekt bir foto ilə ölüm riskinizi  müəyyən edir

Süni intellekt bir foto ilə ölüm riskinizi müəyyən edir

22 may 2025 , 19:20
Ən tənbəl  BÜRCLƏR AÇIQLANDI

Ən tənbəl BÜRCLƏR AÇIQLANDI

22 may 2025 , 18:32
Sabah bu rayonda qaz olmayacaq

Sabah bu rayonda qaz olmayacaq

22 may 2025 , 17:40
Nazim Rəcəbov 4 ölkədən  olan həmkarı ilə görüşdü

Nazim Rəcəbov 4 ölkədən olan həmkarı ilə görüşdü

22 may 2025 , 17:13
Azərbaycanda bütün karyeranı əhatə tam xidmət modeli – “UNİDESTİN” Tədris Mərkəzi AÇILDI

Azərbaycanda bütün karyeranı əhatə tam xidmət modeli – “UNİDESTİN” Tədris Mərkəzi AÇILDI

22 may 2025 , 16:41
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

22 may 2025 , 16:38
Baş prokuror Vyanada işgüzar səfərdədir

Baş prokuror Vyanada işgüzar səfərdədir

22 may 2025 , 15:35