2020 ilə birlikdə pandemiya da geridə qalacaq - PROFESSOR
12 noyabr 2020 16:12 (UTC +04:00)

2020 ilə birlikdə pandemiya da geridə qalacaq - PROFESSOR

Türkiyədə könüllü şəkildə tibb işçiləri üzərində test edilən, Çinin Sinovac firmasının CoronaVac peyvəndinin 3-cü mərhələ sınağı müsbət nəticə verib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Koronavirusla Mübarizə Elm Komitəsinin üzvü, professor Mustafa Kamal Çelen Diyarbəkirdə peyvənd etdirən iki tibb içsinin antikor nəticəsinin müsbət çıxdığını açıqlayıb: “Ölkə üzrə 700, Diyarbəkir mərkəzdə 80-nə yaxın tibb işçisi könüllü olaraq peyvənd olundu. Peyvəndin hər hansı yan təsiri olmayıb”.

Professor qeyd edib ki, dünyada 120-yə qədər peyvənd üzərində işlər aparılır: “Bəzi peyvəndlərin effektivliyi 85-90 faiz özünü göstərib. Peyvəndləmə və yoluxma sayındakı ciddi artışlar xəstəliyə qarşı immuniteti artıracaq. Bununla da pandemiyanın 2020-ci illə birlikdə geridə qalacağını deyə bilərik”.

Professorun sözlərinə görə, gələn il də yoluxmalar olacaq, amma artıq pandemiya gündəmdə olmayacaq.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 828

Oxşar yazılar