"20 Yanvar" metrostansiyasının yeraltı keçidlərində mağazalar bağlandı - FOTO
30 avqust 2024 11:12 (UTC +04:00)

"20 Yanvar" metrostansiyasının yeraltı keçidlərində mağazalar bağlandı - FOTO

Bakı Metrosunun "20 Yanvar" stansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən mağazalar fəaliyyətini dayandırıb.

Lent.az xəbər verir ki, bu gün səhər saatlarında mağazalar bağlı olub. Sahibkarların bildirdiyinə görə, qərar dünən axşam saatlarında verilib. Bildirilib ki, mağazaların hansı səbəbdən bağlanması bəlli deyil.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, 20 Yanvar və Cəfər Cabbarlı metro xətlərindəki keçidlərdəki obyektlərin onlara heç bir aidiyyəti yoxdur.

Bakı Şəhər İcra Hakimiyyətindən də keçidlərdəki mağazaların onlara aidiyyatı olmadığı bildirilib.

Mağazaların bağlanmasının səbəbləri barədə digər qurumlar hələlik açıqlama yaymayıb./"APA-Economics"

'20 Yanvar' metrostansiyasının yeraltı keçidlərində mağazalar bağlanıb - FOTO  - VİDEO '20 Yanvar' metrostansiyasının yeraltı keçidlərində mağazalar bağlanıb - FOTO  - VİDEO '20 Yanvar' metrostansiyasının yeraltı keçidlərində mağazalar bağlanıb - FOTO  - VİDEO '20 Yanvar' metrostansiyasının yeraltı keçidlərində mağazalar bağlanıb - FOTO  - VİDEO

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1515
avatar

Oxşar yazılar