15 yaşdan kiçik uşaqlar üçün məktəbdə mobil telefonlar  qadağan edildi
29 avqust 2024 03:11 (UTC +04:00)

15 yaşdan kiçik uşaqlar üçün məktəbdə mobil telefonlar qadağan edildi

Fransanın təhsil naziri Nikol Belloubet 200 orta məktəbdə mobil telefondan istifadənin qadağan ediləcəyini açıqlayıb.

Lent.az xəbər verir ki, qadağanın uğurlu alınacağı təqdirdə bütün ölkə ərazisində tətbiq ediləcəyi açıqlanıb.

Fransa 15 yaşdan kiçik uşaqların məktəbdə mobil telefondan istifadəsini qadağan etməyə hazırlaşır.

Təhsil naziri Nikol Belloubetin dünənki açıqlamasına görə, ölkədəki 200 pilot orta məktəbdə şagirdlər mobil telefonlarını şkafda saxlamalı olacaqlar.

Fransada 2018-ci ildə qəbul edilən qərara əsasən, ibtidai və orta məktəblərdə şagirdlər mobil telefon gəzdirə bilsələr də, onlardan istifadə etmək qadağandır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3606
avatar

Oxşar yazılar