I qrup üzrə qəbul  imtahanının nəticələri açıqlandı
23 iyul 2012 17:57 (UTC +04:00)

I qrup üzrə qəbul imtahanının nəticələri açıqlandı

Lent.az-ın verdiyi məlumata görə, abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.

İmtahanın nəticələri barədə məlumat yaxın vaxtlarda TQDK-nın rəsmi saytına yerləşdiriləcək.
Qeyd edək ki, iyunun 20-də 2012/2013-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanı keçirilib. Qəbul imtahanları Bakıda 37, Naxçıvanda 2, Gəncədə 6, Sumqayıtda 7, Şəkidə 3, Lənkəranda 4 binada keçirilib. I ixtisas qrupu üzrə 33533 abituriyent ərizə təqdim edib. Onlardan 1200 nəfəri imtahanlara gəlməyib. Qəbul imtahanında iştirak edən 42 abituriyent imtahan qaydalarını pozduqlarına, köçürməyə cəhd göstərdiklərinə görə zaldan çıxarılıblar və nəticələri ləğv edilib. I ixtisas qrupu üzrə sənəd verənlərin 30803 nəfəri Azərbaycan bölməsinin, 2730 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 19847 nəfərini oğlanlar, 13686 nəfərini isə qızlar təşkil edir.

Anar Məcidzadə
# 1745

Oxşar yazılar