Temperatur 40 dərəcəyə yaxınlaşır
24 iyul 2012 00:10 (UTC +04:00)

Temperatur 40 dərəcəyə yaxınlaşır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozu açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 203-27, gündüz 33-38 dərəcə isti təşkil edəcək. Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəlincə, iyulun 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji proqnozu da açıqlayıb. İyulun 24-25-də Abşeron yarımadasında zəif küləkli və bəzi saatlarda havada yaranan durğunluqla yanaşı güclü isti hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.
# 557

Oxşar yazılar