Şeyx jurnalistləri təbrik etdi
21 iyul 2012 23:49 (UTC +04:00)

Şeyx jurnalistləri təbrik etdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan jurnalistlərini Milli Mətbuat Günü ilə bağlı təbrik edib.

Mətbuat Şurasından APA-ya verilən məlumata görə, Şeyx bu məqsədlə Mətbuat Şurasına təbrik məktubu unvanlayıb.

Məktubda bildirilib ki, böyük inkişaf yolu keçmiş Azərbaycan milli mətbuatı görkəmli şəxsiyyətlərin, vətənpərvər ruhlu maarifpərvər qələm əhlinin böyük xidmətləri sayəsində bu gün öz layiqli yerini ala bilib: “Müstəqil dövlətimizin ümdə maraq və mənafelərinin ardıcıl müdafiəçisi olan Azərbaycan milli mətbuatının uğurları fəxarət doğurur».

Şeyx jurnalistlərə bu məktəbin ləyaqətli davamçıları olmağı arzulayıb: “Əlinizdəki qələmin müqəddəs olduğunu heç zaman unutmamağı və xalqımızın milli-mənəvi, dini-əxlaqi dəyərlərinə daima sadiq qalmağı Allahdan diləyirəm”.
# 601

Oxşar yazılar